“Apple CEO”-nun baş direktoru Tim Kuk WWDC-də “iOS 27”-nin təqdimat mərasimindəki çıxışının əsas hissəsini tamaşaçılara, istifadəçilərə, tərtibatçılara və tərəfdaşlara vida etməklə yekunlaşdırıb.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu, Tim Kukun şirkətin lideri kimi son çıxışı olub.
Tim Kuk deyib: “Apple”-də biz həmişə insanların həyatını yaxşılaşdırmaq üçün dünyada ən yaxşı məhsullar istehsal etmək məqsədimizi reallaşdırırdıq. Bu, həmişə bizim hərəkətverici qüvvəmiz olub. Yaradıcılığı, qayğıkeşliyi və inamı insanların həyatında dəyişiklik yaratmağa davam edən komandalarla bu missiyanı yerinə yetirməkdə kömək etmək mənim üçün şərəfdir”.
V. Quliyev