Advert
Advert

Baş katib ABŞ və İran arasında atəşkəs əldə olunmasını alqışlayır

Tarix:
Baş katib ABŞ və İran arasında atəşkəs əldə olunmasını alqışlayır
Reklam

BMT Baş katibi Antonio Quterreş ABŞ və İran arasında atəşkəs əldə olunmasına dəstəyini ifadə edib, tərəfləri beynəlxalq hüquqa və atəşkəs rejiminə hörmət etməyə çağırıb.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik açıqlama verib.

“Baş katib ABŞ və İran tərəfindən iki həftəlik atəşkəs elan edilməsini alqışlayır. O, Yaxın Şərqdə hazırkı münaqişənin bütün tərəflərini beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və regionda davamlı və hərtərəfli sülhə zəmin yaratmaq üçün atəşkəsə hörmət etməyə çağırır”,- deyən Düjarrik qeyd edib ki, təşkilatın rəhbəri, həmçinin atəşkəsin yaradılmasında göstərdikləri köməyə görə Pakistana və digər vasitəçilərə minnətdarlığını bildirib.

Y. Qacar
 

Reklam