Advert
Advert

Baş katib postuna namizəd tərəfləri dialoqa çağırıb

Tarix:
Baş katib postuna namizəd tərəfləri dialoqa çağırıb
Reklam

Rusiya-Ukrayna münaqişəsinin həlli üçün bütün tərəflər dialoqa hazır olmalıdırlar. 

Reyting.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi Rebekka Qrinspan CNN telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, münaqişələrin həllinin yeganə yolu tərəflərin danışıqlar masasına əyləşməsidir.

BMT-nin Baş katibi postuna real namizəd sayılan R. Qrinspan daha əvvəl bildirmişdi ki, Rusiya BMT-nin vacib üzvüdür və dünya təşkilatının fəaliyyətində fəal iştirak edir. O hesab edir ki, gündəmdəki mühüm məsələlərin müzakirəsi və həllində Rusiyanın potensialından istifadə etmək lazımdır.

Y. Qacar

Reklam