İspaniya baş naziri Pedro Sançes Çini İran və Ukraynadakı müharibələrə son qoymaq üçün beynəlxalq nüfuzundan istifadə etməyə çağırıb.
Reyting.az-ın məlumatına görə, baş nazir belə bir açıqlamanı Pekindəki Tsinhua Universitetində çıxışı zamanı verib.
“Çin daha çox şey edə bilər. Məsələn, beynəlxalq hüquqa hörmət və Livan, İran, Qəzza, Qərb Şəriyə və Ukraynadakı münaqişələrə son qoyulmasını tələb etməklə”,- Sançes qeyd edib.
Jurnalistlər xatırladıblar ki, gələn ay ABŞ prezidenti Donald Trampın səfərinə hazırlaşan Çin İrana qarşı “qəbuledilməz” Amerika və İsrail hücumlarını pisləyib. Bu arada, Çin lideri Si Cinpin hələ də münaqişənin Çinin əsas müttəfiqini əhatə etməsi ilə bağlı şərh verməyib.
Eyni zamanda, İspaniya hərbi əməliyyatlara qəti şəkildə qarşı çıxan Avropa ölkələrindən biridir. Xüsusilə Sançes hücumları “qanunsuz” hesab edir.
Baş nazirin ölkənin hava məkanını münaqişədə iştirak edən Amerika hərbi təyyarələri üçün bağladığı və ABŞ-ın İspaniya ərazisindəki iki bazasından bu məqsədlər üçün istifadə etməsinə icazə verməkdən imtina etdiyi məlumdur.
Bundan əlavə, İspaniya İranın ABŞ və İsrail hücumlarına, eləcə də bütün regionun qeyri-sabitliyinə verdiyi cavabı da pisləyib. Sançesin sözlərinə görə, Çin Pekinin hələ də İran və Rusiya üzərindəki təsirindən istifadə etməklə Fars körfəzi və Ukraynadakı münaqişələrin sona çatmasına daha böyük töhfə verə bilər.
“Beynəlxalq hüquq hər şeyin əsasını təşkil edir”, - deyə İspaniyanın baş naziri əlavə edib.
E. Kamal