İsrailin Baş naziri Binyamin Netanyahu İrana qarşı bu yaxınlarda keçirilən hərbi əməliyyat zamanı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gizli səfər edib.
Reyting.az xəbər verir ki, bu barədə İsrail hökuməti rəhbərinin ofisi sosial mediada məlumat yayıb.
Səfər çərçivəsində Netanyahu BƏƏ Prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan ilə görüşüb.
Ofisin açıqlamasında deyilir ki, səfər İsrail və BƏƏ arasında münasibətlərdə tarixi bir irəliləyiş yaradıb.
E. Kamal