“Üç həftə ərzində Viktor Orban və komandasının 10 il ərzində əldə edə bilmədiklərinə nail olduq”.
Reyting.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Macyar özünün “Facebook” səhifəsində yazıb.
Baş nazir qeyd edib ki, Ukrayna ilə razılaşma əldə olunub və bu, bir neçə həftə davam edən intensiv Budapeşt-Kiyev danışıqlarının nəticəsidir.
Macyarın sözlərinə görə, razılaşma Zakarpat macarlarının siyasi təşkilatlarının və kilsənin də iştirak etdiyi ekspertlər səviyyəsində bir neçə həftəlik intensiv Macarıstan-Ukrayna danışıqlarının məntiqi nəticəsi olub.
V. Quliyev