Advert
Advert

Baş nazir veto hüququnun ləğvini təhlükəli sayır

Tarix:
Baş nazir veto hüququnun ləğvini təhlükəli sayır
Reklam

“Avropa İttifaqında üzv dövlətlərin veto hüququnun ləğvi təhlükəlidir və bu, birliyin sonunun başlanğıcı ola bilər”.

Reyting.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos ilə keçirdiyi görüşdə deyib. 

R. Fiko qeyd edib ki, Slovakiya üçün veto hüququ prinsipial məsələdir və bütün bunların aradan qaldırılması ilə bağlı ideya Avropa İttifaqının birliyinə ciddi zərbə vura bilər.

Baş nazir həmçinin vurğulayıb ki, Slovakiya bəzi ölkələrin yeni namizədliyini və Avropa İttifaqına qəbulunu dəstəkləyir, lakin birliyə üzv olmaq istəyən bu dövlətlərin hamısı bütün tələbləri yerinə yetirməlidirlər. 

Fiko eyni zamanda, rəsmi Brüsselin Serbiya dövlətinə münasibətində ədalətsiz yanaşma olduğunu da vurğulayıb.

Oqtay Qorçu
 

Reklam