Advert
Advert

Baş nazir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırır

Tarix:
Baş nazir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırır
Reklam

Pakistanın Baş naziri Şahbaz Şərif Yaxın Şərqdəki münaqişə tərəflərini təmkinli olmağa və gərginliyin azaldılması üçün dialoqu davam etdirməyə çağırıb.

Reyting.az xəbər verir ki, Baş nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Şahbaz Şərif qeyd edib ki, Yaxın Şərqdə son vaxtlar baş verən zorakılıq halları kövrək atəşkəslərin nə dərəcədə təhlükə altında olduğunu və onların pozulmasının ağır nəticələrə səbəb olduğunu açıq şəkildə göstərir.

“Münaqişənin sülh yolu ilə və diplomatik vasitələrlə həlli üçün qardaşlarımız və tərəfdaşlarımızla səmimi və qətiyyətli şəkildə çalışarkən, xüsusilə də məqsədə çatmağa çox yaxın olduğumuz bir vaxtda bütün tərəfləri təmkinli olmağa və sülhə daha bir şans verməyə çağırırıq.

Gəlin zorakılıq və dağıntı yolunu seçmək əvəzinə, uğur perspektivi yüksək olan sülh və diplomatiya yolunda irəliləməyə davam edək”,- deyə Baş nazir paylaşımında bildirib.

E. Kamal
 

Reklam