Advert
Advert

Baş Qərargah: Rusiya mülki əhaliyə hücumla bağlı yalan məlumat yayır

Tarix:
Baş Qərargah: Rusiya mülki əhaliyə hücumla bağlı yalan məlumat yayır
Reklam

Mayın 22-nə keçən gecə Rusiyanın bir sıra hədəflərinə, o cümlədən neft emalı zavoduna, hava hücumundan müdafiə vasitələrinə, sursat anbarlarına və idarəetmə məntəqələrinə zərbələr endirilsə də, mülki obyektlərin vurulmadığı bildirilir.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah bəyan edib ki, Rusiyanın Starobelskdə yerləşən kollecə raket zərbələri endirilməsi ilə bağlı yaydığı məlumat “manipulyativ informasiya” xarakteri daşıyır.

Ukrayna Silahlı Qüvvələri Starobelsk yaxınlığında yerləşən Rusiyanın “Rubikon” bölməsinin qərargahının hədəfə alındığını təsdiqləyib.

Rusiya Prezidenti Vladimir Putin isə hadisə nəticəsində 6 nəfərin öldüyünü, 39 nəfərin yaralandığını və 15 nəfərin itkin düşdüyünü açıqlayıb. Putin, eyni zamanda, yaxınlıqda hərbi obyekt olmadığını iddia edib.

Rusiya tərəfi mülki şəxslərin həlak olduğu bu hücumu terror aktı kimi qiymətləndirir. Bildirilir ki, Putin artıq bu hadisəyə cavab olaraq qisas məqsədli zərbələrin endirilməsi barədə göstəriş verib.

Lakin bəzi müstəqil mənbələr bu məlumatları hələlik təsdiqləməyib.

Oqtay Qorçu
 

Reklam