Advert
Advert

Batmış gəmi internet kabelini zədələyib

Tarix:
Batmış gəmi internet kabelini zədələyib
Reklam

Tayvan ərazisində, Matsu adlı arxipelaqdakı Dunyin adasının yaxınlığında sualtı internet kabeli bir neçə gündür zədələnib. Öncə bu hadisə ilə bağlı ilkin ehtimal Çinin törətdiyi təxribat olsa da, bu, az sonra şayiə adlandırılıb. 

Reyting.az xəbər verir ki, Tayvan hökuməti internet kabelinin zədələnməsi hadisəsində Çinin iştirakını rəsmi şəkildə rədd edib. Məlum olub ki, baş verən hadisənin səbəbi illərdir qəzaya uğrayıb dənizin dərinliyində qalan köhnə gəminin pis hava nəticəsində yerindən tərpənməsidir. 

Batmış gəminin qismən ləngərləməsi və baş verən güclü zərbə nəticəsində internet kabelinin yarıya qədər kəsilməsi təxminən 1500 sakini etibarlı rabitəsiz qoyub.

Tayvan hökuməti internetin bərpasınadək təcili tədbirlər görüb və bu ərazidə ehtiyat mikrodalğalı rabitə işə salınıb. Lakin mobil əlaqə və internet işləsə də, sürət yenə çox aşağıdır və internet tez-tez dəyişkən hava şəraitindən asılı vəziyyətə düşür. 

Tayvan boğazının şimal girişində yerləşən Dunyin adası strateji hərbi məntəqə hesab olunur. Rəsmilər bildiriblər ki, bu ilk hadisə deyil, bölgədə əvvəl də kabel zədələnməsi halları qeydə alınıb. 

Qeyd olunur ki, əvvəllər olduğu kimi Tayvan hakimiyyəti yenidən tədbirlər planı hazırlayıb. Mərkəzi hakimiyyətin yeni göstərişlərinə əsasən Dunyinin idarəetmə strukturları ciddi rejimli işə cəlb olunublar. 

Onu da qeyd edək ki, artıq Tayvan dövləti sualtı internet kabellərinin mühafizəsini daha da gücləndirib, həmçinin bu məsələ ilə bağlı qanunvericiliyi sərtləşdirib.

Oqtay Qorçu
 

Reklam