Advert
Advert

Benksinin məşhur əsəri milyonlarla dollara hərraca çıxarılır

Tarix:
Benksinin məşhur əsəri milyonlarla dollara hərraca çıxarılır
Reklam

Böyük Britaniyanın məşhur küçə rəssamı Benksinin ən tanınmış əsərlərindən biri olan “Sevgi havadadır” (“Love Is in the Air”) rəsm əsəri iyunun 24-də Londonda keçiriləcək “Sotheby’s” hərracına çıxarılacaq.

Reyting.az-ın Britaniya mətbuatına istinadla verdiyi məlumata görə, 2011-ci ildə yaradılmış əsərin 4,6-7,2 milyon dollar arasında qiymətləndirilməsi gözlənilir.

Əsər ilk dəfə 2003-cü ildə Betlehemdə divar rəsmi kimi təqdim olunub. Rəsmdə əlində gül dəstəsi tutaraq onu naməlum istiqamətə atmağa hazırlaşan maskalı şəxs təsvir edilir. Bu iş qısa müddətdə Benksinin ən məşhur əsərlərindən birinə çevrilib.

Hərraca çıxarılan versiya stencil və yağlı boya texnikalarının vəhdəti ilə hazırlanıb. Əsərin orijinallığı rəssamın işlərini autentifikasiya edən “Pest Control Office” tərəfindən təsdiqlənib.

Qeyd edək ki, bu əsərin başqa bir nüsxəsi 2021-ci ildə keçirilən hərracda 12,9 milyon dollara satılıb.

Benksi uzun illərdir şəxsiyyətini gizli saxlayır. Britaniya mediasında onun əsl adının Robin Kanninqem olması ilə bağlı müxtəlif iddialar səslənsə də, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Oqtay Qorçu
 

Reklam