Beyləqan rayonunda 65 yaşlı kişi kanalda batıb.
Məlumata görə, rayonun Milabad kənd sakini, 65 yaşlı Əhliman Hüseyn oğlu Sarıyev Yuxarı Qarabağ kanalının rayonun Eyvazallar kəndi ərazisindən keçən hissəsində kanala düşüb.
Hazırda onun tapılması istiqamətində aidiyyəti qurumlar tərəfindən axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır/report.