Advert
Advert

Beynəlxalq səviyyəli narkobaron saxlanılıb

Tarix:
Beynəlxalq səviyyəli narkobaron saxlanılıb
Reklam

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) və İstanbul Polis İdarəsinin müvafiq şöbələrinin koordinasiyalı səyləri nəticəsində beynəlxalq səviyyəli narkobaron saxlanılıb.

Reyting.az xəbər verir ki, saxlanılan şəxs - V.B İstanbulun Şişli rayonunda keçirilən xüsusi əməliyyat zamanı ələ keçib. 

Onun müxtəlif şifrələnmiş mesajlaşma tətbiqlərindən istifadə edərək transmilli narkotik daşımalarını təşkil etdiyi və Almaniya hakimiyyəti tərəfindən qlobal miqyasda axtarıldığı bildirilir.

Saxlanılan V.B-nin müxtəlif ölkələr arasında narkotik daşınmalarının təşkilində iştirak etdiyi vurğulanır.

V. Quliyev


 

Reklam