Advert
Advert

Biləsuvarda bıçaqlanan gənclərdən birinin vəziyyəti ağırdır - Yenilənib

Tarix:
Biləsuvarda bıçaqlanan gənclərdən birinin vəziyyəti ağırdır - Yenilənib
Reklam

Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır.

Reyting.az APA-ya istinadla bildirir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Biləsuvar şəhər sakinləri – 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. 

***

Biləsuvarda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Araşdırma aparılır.
 

Reklam