Sumqayıt şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib.
Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü C.Cəbrayılov, 2018-ci il təvəllüdlü M.Cəbrayılov, 2019-cu il təvəllüdlü H.Cəbrayılov, 2021-ci il təvəllüdlü A.Cəbrayılova və 2024-cü il təvəllüdlü G.Cəbrayılova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Azyaşlılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.(Oxu.az)