Advert
Advert

Birol: Yanacaqla bağlı problemlər yarana bilər

Tarix:
Birol: Yanacaqla bağlı problemlər yarana bilər
Reklam

ABŞ və İsrailin İrana qarşı müharibəsinin səbəb olduğu enerji və digər məhsulların tədarükündə yaranan böhran aviasiya və dizel yanacağının qiymətlərini artırır. Bu problem Avropa da daxil olmaqla bütün bölgələrə təsir edəcək. Böhran digər malların qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Reyting.az xəbər verir ki, bu fikri Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol Vaşinqtonda yerləşən Atlantik Şurada çıxışı zamanı bildirib.

O qeyd edib ki, yaranmış vəziyyət tarixdə ən böyük böhranlardan biridir və bu, BEA-ya üzv ölkələrin bazar qiymətlərini sabitləşdirmək məqsədilə strateji ehtiyatlarından rekord həcmdə neft və neft məhsulları buraxmasında öz əksini tapır. Bununla belə, o vurğulayıb ki, münaqişə dünyanın bütün bölgələrinə təsir edir və xüsusilə İraqdakı vəziyyət narahatlıq doğurur. Bu ölkədə ehtiyat imkanlarının məhdudluğu, əməkhaqqı və pensiyaların ödənilməsində çətinliklər, həmçinin neft yataqlarının bağlanması kimi problemlər mövcuddur.

“Mən İraqdan narahatam. Digər ölkələrə nəzər salsaq, Yaxın Şərqdə Bəhreyn və Livan, Asiyada isə əsasən Banqladeş, Pakistan və Hindistan kimi inkişaf etməkdə olan ölkələr var. Lakin bu vəziyyət hətta Yaponiya və Koreya kimi inkişaf etmiş ölkələrə də təsir edəcək və onların ciddi problemlərlə üzləşməsi mümkündür. Bu, Avropaya da qiymətlər və malların mövcudluğu baxımından təsir göstərəcək. Avropada, xüsusilə aviasiya və dizel yanacağı ilə bağlı ciddi çətinliklərin yaranması təəccüblü olmaz”, - deyə Birol əlavə edib.

Nəticə etibarilə, o bildirib ki, bütün ölkələr iqtisadi proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirəcək və bir çoxunda inflyasiyanın kəskin artacağı gözlənilir. “Əlbəttə, hər şey bu münaqişənin nə qədər davam etməsindən asılı olacaq”, - deyə BEA rəhbəri yekunlaşdırıb. (TASS)

V. Quliyev
 

Reklam