BMT Baş katibinin sözçüsü Stefan Düjarrik ABŞ-ın İranın Xarq adasını ələ keçirməsi ehtimalına mənfi münasibət bildirib.
Reyting.az-ın məlumatına görə, brifinqdə jurnalistlərin suallarını cavablandıran Düjarrik qeyd edib ki, BMT belə bir ssenarinin reallaşmasını istəmir. O, tərəflərin daha çox dağıntıya deyil, diplomatiyaya üstünlük verməsinin vacibliyini vurğulayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp iyunun 11-də İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xarq adası və neft obyektləri üzərində nəzarətin ələ keçirilməsi variantını nəzərdən keçirdiyini bildirib. O, daha sonra verdiyi müsahibədə bu variantı mümkün ssenarilər arasında ən üstün seçim hesab etdiyini desə də, ABŞ ictimaiyyətinin belə uzunmüddətli hərbi əməliyyata hazır olub-olmadığına şübhə etdiyini qeyd edib.
E. Kamal