“Hər kəs beynəlxalq hüquq çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 12 ölkə İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud gəmisinə hücumunu pisləyib. Yunanıstan İsraildən gəmilərini bölgədən çəkməsini tələb edib.
Dujarrik bildirib ki, BMT İsrailin Qəzza zolağına gedən Qlobal Sumud humanitar donanmasını ələ keçirməsindən narahatdır və eksklava daha geniş humanitar giriş tələb edir.
BMT-nin sözçüsü əlavə edib ki, İsrailin bu əməliyyatının həyata keçirilmə tərzi son dərəcə narahatedicidir: “Hər kəs beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə borcludur”.
V. Quliyev