Advert
Advert

BMT Təhlükəsizlik Şurası Livanla bağlı təcili toplaşır

Tarix:
BMT Təhlükəsizlik Şurası Livanla bağlı təcili toplaşır
Reklam

Bu gün Fransanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının Livan üzrə fövqəladə iclası keçiriləcək.

Reyting.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı diplomatik mənbələrinə istinadən məlumat yayıb. 

Məlumata görə, Fransanın xarici işlər naziri Jan-Noel Barrot açıqlamasında deyib ki, Fransa İsrailin Livandakı hərbi əməliyyatı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. “BMT Təhlükəsizlik Şurasının Livan üzrə fövqəladə iclası iyunun 1-də Fransanın tələbi ilə keçiriləcək”, - telekanalın mənbəyi vurğulayıb.

V. Quliyev
 

Reklam