Amerika Prezidenti Donald Tramp ABŞ və İsrail tərəfindən İranla başlayan müharibədə özünü tələyə salıb.
Reyting.az xəbər verir ki, bunu hazırkı ABŞ liderinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton "The Washington Post" qəzetində dərc olunmuş məqaləsində qeyd edib.
Keçmiş müşavirin sözlərinə görə, Tramp İrana qarşı qurduğu hərbi tələyə düşüb.
Boltonun nöqteyi-nəzərindən Trampın problemi onun İrana qarşı genişmiqyaslı hərbi əməliyyat başlatması deyil. “Problem ondadır ki, Amerika lideri "işi bitirməyib", - deyə Bolton əlavə edib.
Keçmiş müşavir bildirib ki, Prezidentin hazırda "ABŞ-ın milli təhlükəsizliyi ilə uyğun yalnız iki variantı" var. Bolton hesab edir ki, Tramp ya İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edə, ya da İslam Respublikasının dəniz limanlarının blokadasını davam etdirərkən ərəb ölkələrinin köməyi ilə Hörmüz boğazını zorla açmağa cəhd göstərə bilər.
Xatırladaq ki, Bolton 2018-ci ildən 2019-cu ilə qədər ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb və Vaşinqtonu dəfələrlə İrana qarşı hərbi güc tətbiqinə çağırıb. O vaxt Trampla aralarında kəskin fikir ayrılıqları yarandıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.
E. Kamal