Böyük Britaniya Livandakı hərbi əməliyyatlara təcili son qoyulmasını tələb edir.
Reyting.az-ın məlumatına görə, ABŞ, İsrail və İran arasında iki həftəlik atəşkəs elanını alqışlayan Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper deyib ki, bu, regionda təhlükəsizlik və sabitliyin yaradılması, eləcə də beynəlxalq gəmiçilik və qlobal iqtisadiyyatın normal fəaliyyətini bərpa etmək üçün vacib addımdır.
Nazir bu həftənin sonlarında ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqları da alqışlayıb: “Pakistana və bütün iştirakçılara bu danışıqlar üzərində davamlı işlərinə görə təşəkkür edirəm”.
Kuper əlavə edib ki, Böyük Britaniya Hörmüz boğazının yenidən açılmasını, Körfəz dövlətlərinin özünümüdafiəsini və bu münaqişənin tez bir zamanda həllini dəstəkləmək üçün beynəlxalq səviyyədə çalışır:
“İran dərhal bütün mina əməliyyatlarını, pilotsuz təyyarə hücumlarını və boğazda kommersiya gəmiçiliyinin qarşısını almaq üçün digər cəhdləri dayandırmalıdır. Təklif olunan danışıqların münaqişəyə tamamilə son qoyulmasına və İranın artıq boğaza və ya qonşularına təhdid etməməsinə əmin olması vacibdir. Mən həmçinin Livandakı hərbi əməliyyatlara dərhal son qoyulmasını tələb edirəm".
Y. Qacar