Çərşənbə günü Londonun şimalındakı Qolders Qrin məhəlləsində iki yəhudi kişiyə hücumdan sonra Böyük Britaniyada terror təhlükəsinə qarşı daha ciddi tədbirlər görməyə başlayıblar.
Reyting.az-ın məlumatına görə, Böyük Britaniyanın daxili işlər naziri deyib ki, terror hücumu təhlükəsi artıb.
"Bu, çoxları, xüsusən də çox əziyyət çəkən yəhudi icmamız üçün narahatlıq mənbəyi olacaq", - deyə nazir əlavə edib.
Ölkədə milli terrorizm təhlükəsi səviyyəsini müəyyən edən kəşfiyyat orqanı - Birgə Terrorizm Təhlili Mərkəzinin məlumatına görə, təhlükənin artması təkcə Golders Green hücumunun nəticəsi deyil.
Mərkəz bildirib ki, Böyük Britaniyada terror təhlükəsi bir müddətdir artır. Qeyd olunur ki, bu, fərdlər və kiçik qruplar tərəfindən daha geniş islamçı və ifrat sağçı terror təhdidinin artması ilə əlaqədardır.
V. Quliyev