Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə ən böyük aqrar layihə sayılan və səhrada çəkilən süni "Yeni Delta" çayının açılışını edib. Layihə çərçivəsində səhradan alınmış torpaqlarda buğda, eləcə də digər vacib kənd təsərrüfatı məhsulları yetişdiriləcək.
Reyting.az-ın Misir mətbuatında istinadla verdiyi məlumata görə, "Yeni Delta" ölkə tarixinin ən böyük torpaq rekultivasiyası layihəsinə çevrilib ki, layihə üzrə təxminən 924 min hektara yaxın yeni əkin sahəsi də yaradılacaq.
Mütəxəssislər bildiriblər ki, əkin üçün ayrılmış bütün ərazilərdə əsasən buğda, qarğıdalı, tərəvəz, həmçinin ixrac məqsədilə zeytun və əncir becərilməsi planlaşdırılır.
Oqtay Qorçu