Advert
Advert

Brent markalı xam neftin qiyməti artıb

Tarix:
Brent markalı xam neftin qiyməti artıb
Reklam

Çərşənbə günü səhər Yaxın Şərqdən gələn xəbərlərin təsiri ilə dünya bazarında neft qiymətləri yüksəlib. Qiymətlər İran və İsrail arasında qarşılıqlı hücumların dayandırılması ilə bağlı razılaşmadan sonra əvvəlki gün qeydə alınmış itkilərin bir hissəsini bərpa edib.

Reyting.az xəbər verir ki, Londonun ICE Futures birjasında avqust ayı üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanış göstəricisi ilə müqayisədə 0,39 dollar və ya 0,43 faiz artaraq bir barel üçün 91,84 dollara çatıb. Çərşənbə axşamı isə həmin müqavilələr 2,80 dollar və ya 2,97 faiz ucuzlaşaraq 91,45 dollara enmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarət zamanı iyul ayı üzrə WTI markalı neftin fyuçersləri də 0,40 dollar və ya 0,45 faiz bahalaşaraq bir barel üçün 88,60 dollara yüksəlib. Əvvəlki sessiyanın yekunlarına görə isə bu markanın qiyməti 3,10 dollar və ya 3,40 faiz azalaraq 88,20 dollara düşmüşdü.

V. Quliyev

Reklam