Xalq artisti Brilliant Dadaşova ilə bəstəkar-müğənni Pərviz Mahmudov bir araya gəlib.
Reyting.az xəbər verir ki, cütlüyü bu dəfə bir araya uzun zamandır gözlənilən duet gətirib. Məşhurlar “Sənin əsərin” adlı mahnını təqdim ediblər.
Qeyd edək ki, sənətçilərinin layihəsi bir neçə aydır hazırlanır. Mahnı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.
Mahnının sözləri Əməkdar müəllim Mətanət Pirquliyevaya, musiqisi isə ifaçının özünə məxsusdur.
Onu da qeyd edək ki, mahnı artıq Pərviz Mahmudovun rəsmi “YouTube” kanalında və rəqəmsal platformalarda yayımlanıb.(Olay.az)