Britaniya hökuməti maliyyə çatışmazlığı səbəbindən “B61-12” taktiki termonüvə bombalarını daşıya bilən “F-35A” qırıcı təyyarələrinin alınmasını ləğv edə bilər.
Reyting.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti özəl mənbələrinə istinadla məlumat yayıb.
“Hərbi liderlər qırıcı təyyarələrin alınmasına nail olmaq üçün mümkün olan hər şeyi edir və müxtəlif variantlar təklif edirlər. Bu, indi hərbi deyil, siyasi məsələdir”, - məlumatda bildirilir.
Məlumata görə, hakimiyyət qırıcı təyyarələri ilə bağlı sövdələşməni ləğv etməklə yanaşı, satınalma müddətini təxirə salmağı düşünür.
E. Kamal