Advert
Advert

Britaniya Hörmüz boğazına döyüş təyyarələri göndərəcək

Tarix:
Britaniya Hörmüz boğazına döyüş təyyarələri göndərəcək
Reklam

Böyük Britaniya Müdafiə Nazirliyi Hörmüz boğazında təhlükəsizliyi təmin etmək, müttəfiqlərinin regiondakı maraqlarını qorumaq üçün hərbi gəmiyə əlavə olaraq, əraziyə pilotsuz təyyarələrə qarşı sistemlər və “Eurofighter Typhoon” qırıcı təyyarələri göndərəcək.

Reyting.az xəbər verir ki, Böyük Britaniya və Fransanın həmsədrliyi ilə keçirilən və 40-dan çox ölkənin müdafiə nazirlərinin qatıldığı onlayn görüşdə Hörmüz boğazının təhlükəsizliyi müzakirə olunub.

Məlumata görə, Şərqi Aralıq dənizində yerləşən HMS Dragon gəmisi boğazın təhlükəsizliyini təmin etmək və Böyük Britaniyanın və onun müttəfiqlərinin regiondakı maraqlarını qorumaq üçün əraziyə göndərilir. Bu gəmiyə əlavə olaraq, bölgəyə döyüş təyyarələri, mina təmizləmə dronları və müasir dron əleyhinə sistemlər də göndəriləcək.

Böyük Britaniya regiona mina təmizləmə mütəxəssisləri də göndərməyi planlaşdırır.

E. Kamal
 

Reklam