Advert
Advert

Britaniya imperiyasının izləri hələ də qalır

Tarix:
Britaniya imperiyasının izləri hələ də qalır
Reklam

XX əsrdə koloniyalarının böyük əksəriyyətindən imtina etməsinə baxmayaraq, Böyük Britaniya bu gün də bir sıra dənizaşırı ərazilər üzərində suverenliyini qoruyub saxlayır.

Reyting.az xəbər verir ki, mövzu ilə bağlı araşdırma aparan mütəxəssislər Böyük Britaniyanın xəritəsini, eləcə də bu dövlətin müəyyən ərazilərə siyasi və iqtisadi təsir imkanlarını təhlil ediblər. Məlum olub ki, 2002-ci ildən etibarən "Britaniyanın dənizaşırı əraziləri" adlandırılan 14 bölgənin ümumi sahəsi təxminən 18 min kvadratkilometr təşkil edir.

Ekspertlərin sözlərinə görə, bu ərazilərə Bermud adaları, Cənubi Atlantik okeanında yerləşən Folklend adaları, eləcə də Pireney yarımadasındakı Cəbəllütariq daxildir.

Britaniya taxt-tacının himayəsi və suverenliyi altında olan Cersi, Qernsi və Men adası isə "Kron torpaqları" statusuna malikdir. Həmin ərazilər Böyük Britaniyanın dənizaşırı torpaqları hesab edilmir.

Məlum olduğu kimi, Böyük Britaniya Antarktidanın müəyyən hissəsinə də iddia edir. Lakin hazırda qüvvədə olan Antarktida Müqaviləsinə əsasən, qitə heç bir dövlətin mülkiyyəti hesab olunmadığından, Böyük Britaniyanın burada hüquqi baxımdan torpaq sahibi statusu yoxdur.

Oqtay Qorçu

Reklam