Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri bir gecədə "bir neçə İran pilotsuz təyyarəsini" (PUA) vurub.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, Böyük Britaniyanın "Typhoon" və “F-35” qırıcı təyyarələri Şərqi Aralıq dənizi, İordaniya, Bəhreyn və BƏƏ üzərində müdafiə missiyalarını davam etdirir.
Bəyanatda əlavə olunur ki, "bölgədə güc tətbiqindən qorunma tədbirləri ən yüksək səviyyədədir" və müttəfiqləri ilə sıx əməkdaşlıq davam edir.
V. Quliyev