Advert
Advert

Britaniya təhlükəsizlik üzrə beynəlxalq görüşə ev sahibliyi edəcək 

Tarix:
Britaniya təhlükəsizlik üzrə beynəlxalq görüşə ev sahibliyi edəcək 
Reklam

Böyük Britaniya hərbi əməliyyatlar bitdikdən sonra Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi variantlarını müzakirə etmək üçün 40 ölkədən hərbi ekspertlərin görüşünə ev sahibliyi edəcək.

Reyting.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb. 

Məlumata görə, videokonfransda mart ayında İranı təhdidləri, mina qoymağı, dron və raket hücumlarını dayandırmağa və boğazı kommersiya gəmiçiliyi üçün açmağa çağıran ölkələrin nümayəndələri iştirak edəcəklər. 

Qeyd edək ki, bununla bağlı sənədi əvvəlcə Böyük Britaniya, İtaliya, Hollandiya, Fransa, Almaniya və Yaponiya liderləri imzalayıb. Daha sonra bu çağırışa Avropa dövlətləri, eləcə də Avstraliya, Bəhreyn, Dominikan Respublikası, Kanada, Yeni Zelandiya, Panama, Trinidad və Tobaqo, BƏƏ və Cənubi Koreya da daxil olmaqla 30 ölkə qoşulub.

Məlumata görə, Britaniyanın yüksək vəzifəli hərbi rəsmisi açılış nitqi söyləyəcək və virtual görüş London yaxınlığındakı Nortvud hərbi bazasından əlaqələndiriləcək.

E. Kamal
 

Reklam