Britaniyalı məşhur müğənni Loren Bennet 37 yaşında dünyasını dəyişib.
Reyting.az xəbər verir ki, müğənninin dostları bu barədə “İnstaqram”da paylaşım ediblər.
"Sevgilimiz Lorenin vəfatını dərin kədərlə bildiririk. Ürəyimiz qırılıb və onun bizim üçün nə qədər əhəmiyyətli olduğunu ifadə edə bilmərik. Onun bizə verdiyi sevgini, gülüşünü və saysız-hesabsız xatirələrini əbədi olaraq əziz tutacağıq. Onun gözəl ruhu bir çox insanın həyatına toxunub və biz onsuz çox darıxacağıq", - deyə paylaşımda bildirilir.
Ölümün rəsmi səbəbi hazırda məlum deyil.
V. Quliyev