Advert
Advert

Brüssel qaydaları pozan yeni üzv dövlətlərə qarşı sərt mexanizm hazırlayır

Tarix:
Brüssel qaydaları pozan yeni üzv dövlətlərə qarşı sərt mexanizm hazırlayır
Reklam

Avropa Birliyi (AB) yeni üzv dövlətlərin təşkilata qoşulduqdan sonra islahatlardan geri çəkilməsi və ya AB qərarlarını veto hüququndan istifadə etməklə bloklaması hallarına qarşı tədbirlər görməyə imkan verəcək yeni nəzarət mexanizmi hazırlayır.

Reyting.az-ın xəbərinə görə, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos məlumat verib.

O bildirib ki, üzv dövlətlər AB qaydalarına əməl etdikləri təqdirdə heç bir sanksiya ilə üzləşməyəcəklər. Lakin yeni mexanizmlər qayda pozuntuları zamanı effektiv və sərt təsir vasitələrini nəzərdə tutacaq.

“Əgər yeni üzv dövlət qaydalara əməl edərsə, heç bir problem yaranmayacaq. Əks halda, ciddi nəticələrlə üzləşəcək. Hazırda məhz belə bir sistem üzərində işləyirik”, - deyə Kos vurğulayıb.

Avropa Komissiyası hazırda üzv dövlətlərlə mümkün tədbirlər və alətlər barədə məsləhətləşmələr aparır. Müzakirə olunan variantlar arasında tam üzvlük hüquqlarının verilməsindən əvvəl keçid dövrlərinin tətbiqi, eləcə də islahatlardan geri çəkilmə hallarında xüsusi cavab mexanizmlərinin yaradılması yer alır.

Bu dəyişikliklərə təkan verən əsas amillərdən biri Macarıstanın təcrübəsi olub. Budapeşt dəfələrlə Rusiyaya qarşı sanksiyalar və Ukraynaya dəstəklə bağlı AB qərarlarını bloklayıb. Hüququn aliliyi ilə bağlı narahatlıqlar səbəbindən Brüssel Macarıstan üçün nəzərdə tutulmuş 10 milyard avrodan çox vəsaiti də dondurub.

Kosun sözlərinə görə, yeni yanaşma ləyaqət prinsipindən imtina anlamına gəlmir:

“Daha böyük irəliləyiş nümayiş etdirən ölkə üzvlük prosesində daha sürətlə irəliləyəcək”.

E. Kamal
 

Reklam