Advert
Advert

Bu gün məktəblərdə “Son zəng” çalınır

Tarix:
Bu gün məktəblərdə “Son zəng” çalınır
Reklam

Bu gün Azərbaycanın orta məktəblərində “Son zəng” çalınır.

Reyting.az xəbər verir ki, 15 sentyabrda başlayan 2025-2026-ci tədris ili iyunun 13-ü başa çatır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “Son zəng”lə bağlı məktəblərə müvafiq tapşırıqlar verib. Bildirilib ki, "Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir. Şagirdlər tədbirdə məktəbli formasında olmalıdır. 

2025-2026-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 116 min 550 nəfə məzun olur. Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri oğlandır.

Reklam