Advert
Advert

Bu il Azərbaycanda 73 uşaq övladlığa verilib

Tarix:
Bu il Azərbaycanda 73 uşaq övladlığa verilib
Reklam

Azərbaycanda bu ilin birinci yarısında (yanvar-iyun) 73 uşaq övladlığa verilib.

Reyting.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildiriblər.

Bundan başqa, həmin müddətdə 7 uşaq himayədar ailəyə verilib.

Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə Nazirliyə həvalə olunduğu tarixdən (1 noyabr, 2019-cu il) bu günədək 891 uşaq övladlığa verilib.

2023-cü ilin noyabrından tətbiq edilən "Himayədar ailə" qayğı modeli çərçivəsində isə 82 uşaq himayədar ailələrdə yerləşdirilib.
 

Reklam