Advert
Advert

Bu il taxıl və düyü bolluğu gözlənilir

Tarix:
Bu il taxıl və düyü bolluğu gözlənilir
Reklam

2025-2026-cı illər mövsümündə dünya ölkələrində taxıl istehsalı 6 faiz artmaqla 2,48 milyard tona çatacaq. 

Reyting.az xəbər verir ki, bu barədə Beynəlxalq Taxıl Şurasının (BTŞ) hesablamalarında bildirilib. 

Ekspertlərin sözlərinə görə, bu, son 9 ildə ən sürətli artım olacaq. 

Bununla belə, Beynəlxalq Taxıl Şurasının açıqladığı 2026-2027-ci illər üzrə qlobal taxıl istehsalı proqnozu 2,41 milyard ton səviyyəsində saxlanılıb.

BTŞ ekspertləri vurğulayıblar ki, 2025-2026 mövsümündə dünya ölkələri üzrə düyü istehsalı da artacaq:- 545 milyon tonadək. Bu, yeni rekord göstərici olacaq. Bütün bunlarla bərabər, ərzaq tələbatının, bəzi ehtiyatların və qlobal ticarətin artacağı da gözlənilir.

Oqtay Qorçu
 

Reklam