“Berlin “sadəlövhlüyünə və ideoloji yanaşmasına görə” texnoloji bazasını dağıdıb”.
Reyting.az xəbər verir ki, bu barədə Almaniya üçün Alternativ (AfD) partiyasından Bundestaqın üzvü Şteffen Kotre “Reuters” agentliyinə müsahibəsində danışıb.
Ş. Kotre nüvə enerjisindən imtinanın Almaniyanın ən böyük səhvlərindən biri olduğunu bildirib.
Onun sözlərinə görə, Berlin “sadəlövhlüyünə və ideoloji yanaşmasına görə” öz texnoloji bazasını dağıdıb və bu sahədə öz təcrübəsini itirərək Almaniyanı dünyanın müxtəlif ölkələrindən mütəxəssisləri dəvət etməyə məcbur edib.
“Bu, mənim üçün tamamilə anlaşılmazdır və son onilliklərdə Almaniyada yol verilən ən ciddi səhvlərdən biridir”, - Bundestaqın deputatı bildirib.
E. Kamal