Advert
Advert

Buraxılış imtahanın nəticələri açıqlanıb

Tarix:
Buraxılış imtahanın nəticələri açıqlanıb
Reklam

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Reyting.az xəbər verir ki, bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bildərk ki, üÜmumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İngilis dilində tədris alan bir nəfər isə 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları iki fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

Bu imtahanda iştirakı nəzərdə tutulan 52 687 nəfərdən 462 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfər imtahandan xaric olunub.

Qeyd edək ki, nəticələr DİM-in saytında da yerləşdirilib.

Reklam