Advert
Advert

Cəbrayıl və Xocalıya növbəti köç olub

Tarix:
Cəbrayıl və Xocalıya növbəti köç olub
Reklam

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.

Reyting.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 18 ailə (77 nəfər) köçürülüb.

***

Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb.

Məlumata görə, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Badaraya 10 (33 nəfər), Təzəbinəyə 10 (60 nəfər), Xanabada 9 (33 nəfər), Ballıcaya 4 (22 nəfər), Xanyurduna 4 (18 nəfər), Daşbulaq kəndinə isə 4 ailənin (13 nəfər) daimi qayıdışı təmin edilib.

Reklam