Advert
Advert

Cəlaloğlu: Müharibə kulminasiya nöqtəsinə çatıb

Tarix:
 Cəlaloğlu: Müharibə kulminasiya nöqtəsinə çatıb
Reklam

“İran-Amerika müharibəsi və indiki vəziyyət faktiki olaraq heç-heçədir. Yəni indiyə qədər nə Amerika öz istək və niyyətlərinə çata bilib, nə də İran dövləti istəklərini həyata keçirib”.

Bunu “Retytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri əlavə edib ki, belə bir vəziyyətdə beynəlxalq ictimaiyyətin təzyiqi, dünyada baş verən proseslər münaqişənin davam etdirilməsini mümkünsüz və ağılsız hesab edir. Xüsusilə, Amerika üçün. Sözsüz ki, elə İrana da bu vəziyyət lazım deyil. 

S. Cəlaloğlu bildirib ki, bundan sonrakı proseslər daha çox diplomatik istiqamətə keçə bilər: “Düzdür, təxribatlar da mümkündür, müharibəyə qayıtmaq variantı tam gündəmdən çıxmayıb. İndi daha çox İranın proksi qüvvələri atəş açacaq. İsrail də bu qüvvələri zəiflətmək üçün əlindən gələni edəcək. İndi bunu da görürük. Eləcə də İranda müəyyən radikal qüvvələr hansısa addımlar atmağa cəhd edəcək və s. Ancaq ümumilikdə ABŞ-İran münaqişəsi artıq kulminasiya nöqtəsinə çatıb və bundan sonra prosesin diplomatik həll istiqamətinə keçmə əlamətləri görsənir. Düşünürəm ki, proses bu istiqamətdə davam edəcək”.

ADP sədri xatırladıb ki, İslamabad danışıqlarında tərəflər razılığa gəlməsə də, prosesin davam etdirilməsi mümkündür, çünki savaş hər iki tərəfə lazım deyil.

Nemət Orucov
Reyting.az

Reklam