Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Reyting.az APA-ya istinadla bildirir ki, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.
Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb.
Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.