Türkiyənin keçmiş xarici işlər naziri və millət vəkili Mövlud Çavuşoğlunun bir müddət əvvəl güllə yarası aldıqdan sonra ağır vəziyyətdə olan kiçik qardaşı, iş adamı Aydın Çavuşoğlu dünyasını dəyişib.
Reyting.az xatırladır ki, hadisə mayın 5-də Antalya vilayətinin Alanya bölgəsində baş verib.
Həmin axşam Çavuşoğluna məxsus yanacaqdoldurma məntəqəsinin ofisində silah səsi eşidilib. Təcili yardım xidmətləri və polis tez bir zamanda hadisə yerinə gəlib.
Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya aparılıb və təcili əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
V. Quliyev