Çin əsilli məşhur Hollivud aktyoru Ceki Çan Qazaxıstana yaradıcı səfər edib. Məlumata görə, Qazaxıstanın Manqistau vilayətində kino ulduzunun iştirakı ilə "Tanrının zirehi 4. Ultimatum" filminin çəkilişlərinə başlanılıb.
Reyting.az Qazaxıstan mətbuatına istinadla bildirir ki, yeni filmin ilk kadrları Manqistaunun bənzərsiz və unikal təbiətinin qoynunda lentə alınıb. Yaradıcı heyətin açıqlamasında qeyd olunur ki, seçilmiş əsas çəkiliş məkanlarından biri də dünya şöhrətli Bozjır vadisi olub.
"Sәlem Entertainment" kino studiyasının və "Dala edge Creative tech park"ın birgə kino layihəsi olan bu ekran əsərinin 2026-cı ilin sonuna qədər tamamlanması, 2027-ci ilin fevralında isə filmin kinoteatrlarda, yayım platformalarında ilk dəfə nümayişə çıxarılması planlaşdırılır.
Qeyd olunur ki, yeni layihə regionun turizm potensialının tanıdılmasına xidmət edəcək, həmçinin Qazaxıstanın beynəlxalq imicinin güclənməsinə böyük töhfə verəcək.




Oqtay Qorçu