Advert
Advert

"Çelsi" komandası Alonsonun namizədliyini dəstəkləyir

Tarix:
Reklam

"Çelsi" komandasının oyunçuları Xabi Alonsonun baş məşqçi təyinatını dəstəklədiklərini bildiriblər.

Reyting.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, ingilis klubu ilə Alonsonun nümayəndələri arasında danışıqlar müsbət istiqamətdə gedir. Londonlular 45 yaşlı mütəxəssisi klubu qələbə yoluna qaytarmaq üçün ideal namizəd hesab edirlər.

Hələ rəsmi razılıq əldə olunmasa da, Alonso "Çelsi"nin idarə heyətinin namizədlər siyahısında birinci yerdədir. Siyahıya Andoni İraola, Marko Silva və Oliver Qlasner kimi namizədlər də daxildir. Təyinat prosesinin FA Kuboku finalından sonra sürətlənəcəyi gözlənilir.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2026-cı ilin yanvarında "Real"dan ayrıldıqdan sonra klubsuz qalıb.(Matc.az)

Reklam