Hələ də cazibədarlığını və populyarlığını saxlayan 56 yaşlı məşhur aktrisa-müğənni Cennifer Lopez bir vaxtlar onda güclü təəssürat yaradan aktyorların adlarını çəkib və gülümsəyərək onlardan bəziləri ilə daha yaxın ünsiyyətdə olmağı arzuladığını etiraf edib.
Reyting.az xəbər verir ki, bu barədə Cennifer Lopez telekanallardan birinə müsahibəsində açıq danışmaqdan çəkinməyib.
Bu zaman “Əsl romantika” filmini xatırlayan Lopez xüsusilə yaraşıqlı hesab etdiyi kişilər arasında Kristian Slater, Val Kilmer, Dennis Hopper, Kristofer Uolken, Bred Pitt, Ceyms Qandolfini və Qari Oldmanın adlarını çəkib. Aktrisa onların hamısının filmdə “vazkeçilməz dərəcədə yaxşı” olduqlarını və bu cür meyillərinin onun "fərdi qaranlıq tərəfi" barədə çox şey dediyini gizlətməyib.
V. Quliyev