Advert
Advert

Çexiya XİN Baş nazirə hansı təlimatı verib?

Tarix:
Çexiya XİN Baş nazirə hansı təlimatı verib?
Reklam

Çexiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmiləri Baş naziri Qazaxıstana Rusiya ilə münasibətlərini dayandırması üçün təzyiq göstərməyə çağırıbmış.

Reyting.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş yerli telekanallardan birinə müsahibəsində bildirib. 

Andrey Babiş deyib: “Onlar mənə Xarici İşlər Nazirliyinin hazırladığı memorandumu verdilər. Orada yazmışdılar ki, mən Qazaxıstanı Rusiya və Çinlə münasibətləri məhdudlaşdırmağa çağırmalıyam. Təəccüblüdür”. 

Bu təklifi tam olaraq kimin hazırladığını soruşduqda, Baş nazir dəqiq bilmədiyini söyləyib: “Bəlkə də Lipavskidir (Çexiyanın keçmiş xarici işlər naziri)”.

E. Kamal
 

Reklam