Advert
Advert

CHP-nin qurultayı ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var

Tarix:
CHP-nin qurultayı ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var
Reklam

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə iddiaları ilə bağlı başlanılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat keçirilib.

"TRT Haber" xəbər verir ki, əməliyyatlar İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada olub.

Əməliyyat zamanı 13 şübhəli saxlanılıb. Onların yaşadıqları ünvanlarda axtarış aparılıb və bəzi materiallar götürülüb.

Saxlanılan şəxslər “Siyasi partiyalar qanununu pozma", "rüşvət alma" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" kimi cinayətlərdə şübhəli bilinirlər.

Qeyd edək ki, Ankara məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.(Report)
 

Reklam