Advert
Advert

"Çılpaqsan" - deyib məşhur modeli təyyarəyə buraxmayıblar

Tarix:
Reklam

Məşhur model Edda Elisa hava limanında geyiminə görə təyyarəyə buraxılmadığını iddia edərək aviaşirkəti sərt tənqid edib.

Reyting.az “Daily Star” nəşrinə istinadla xəbər verir ki, hadisənin Almaniyada baş verdiyi bildirilir. Məlumata görə, model isti hava şəraitinə uyğun yüngül idman geyimində səyahət edirmiş.

Edda Elisa baş verənləri sosial media hesabında paylaşaraq bildirib ki, təyyarəyə minmə qapısında əməkdaş ona uçuşa buraxılmayacağını deyib.

Modelin sözlərinə görə, səbəbi soruşduqda əməkdaş ona: "Heç nə geyinməmisən, çılpaqsan", - cavabını verib.

Məlumata görə, Elisa sonradan üzərinə kapşonlu üst geyimi geyindikdən sonra təyyarəyə minməsinə icazə verilib.

Bununla belə, model baş verənləri qəbuledilməz adlandıraraq sosial şəbəkələrdə aviaşirkətin davranışını tənqid etməyə davam edib.

V. Quliyev
 

Reklam