Advert
Advert

Çin ABŞ-ı düzgün seçim etməyə çağırıb

Tarix:
 Çin ABŞ-ı düzgün seçim etməyə çağırıb
Reklam

Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Marko Rubio ilə söhbəti zamanı Tayvanın iki ölkə arasında münasibətlər üçün “əsas risk” olduğunu bildirib və Vaşinqtonu “düzgün seçim etməyə” çağırıb. 

Reyting.az-ın məlumatına görə, Çin rəsmisi bu açıqlamanı Rubio ilə telefon danışığı zamanı verib. 

“Tayvan məsələsi Çinin əsas maraqları ilə bağlıdır”, - deyə Vanq Yi əlavə edib.

Onun sözlərinə görə, ABŞ vədlərini yerinə yetirməli, Çin-ABŞ əməkdaşlığı üçün yeni məkan açmaq və dünya sülhü naminə lazımi səylər göstərməkdən ötrü düzgün seçim etməlidir.

Telefon danışığı ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında may ayının ortalarında Pekində keçirilməsi gözlənilən zirvə görüşündən bir neçə həftə əvvəl baş tutub və o, Tayvanın gündəmdə birinci yerdə olduğunu vurğulayıb.

Y. Qacar
 

Reklam