Advert
Advert

Çin lideri 7 ildən sonra yenidən Şimali Koreyaya gedir

Tarix:
Çin lideri 7 ildən sonra yenidən Şimali Koreyaya gedir
Reklam

Çinin dövlət başçısı Si Cinpinin gələn həftə Şimali Koreyaya rəsmi səfər edəcək.

Reyting.az-ın məlumatına görə, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsi bildirib ki, Si Cinpin 8-9 iyun tarixlərində Şimali Koreya lideri və Koreya İşçi Partiyasının (ÇFP) baş katibi Kim Çen Inın dəvəti ilə bu ölkədə rəsmi səfərdə olacaq.

Xatırladaq ki, “COVİD-19” pandemiyasından əvvəl - 2019-cu ildə Şimali Koreyaya sonuncu dəfə səfər edən Si 7 ildən sonra təkrar Pxenyana gedəcək.
 
Səfər zamanı Si Cinpin həmkarı Kim ilə təkbətək və nümayəndə heyəti səviyyəsində görüşlər keçirməsi gözlənilir. Çin və Şimali Koreya, Vyetnam, Laos və Kuba ilə yanaşı, kommunist rejimləri tərəfindən idarə olunan dünyanın beş ölkəsi arasındadır.

Şimali Koreya lideri Kim sonuncu dəfə 2025-ci ilin sentyabr ayında İkinci Dünya Müharibəsinin bitməsinin 80-ci ildönümünü qeyd etmək üçün Pekindəki Tiananmen Meydanında keçirilən hərbi paradda iştirak etmək üçün Çinə səfər edib.

Si Cinpinin Şimali Koreya səfəri diqqətəlayiqdir, çünki ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin ötən ay Çinə ardıcıl səfərlərindən sonra baş tutur.

ABŞ Prezidenti 13-15 may tarixlərində Çində danışıqlar aparıb, Rusiya lideri isə 19-20 may tarixlərində Pekində səfərdə olub.

Trampın səfəri zamanı ABŞ və Çin liderləri Şimali Koreyanın nüvəsizləşdirilməsi məqsədi ilə razılığa gəldiklərini bildirmiş, Putinin səfəri zamanı isə tərəflər birgə bəyanatda Şimali Koreyaya qarşı diplomatik təcrid və iqtisadi sanksiyalara qarşı olduqlarını vurğulayıblar.

E. Kamal
 

Reklam