ABŞ dövlət katibi Mark Rubionun Panama kanalı ilə bağlı ittihamlarına Çinin rəsmi reaksiyası arasında 24 saatdan az vaxt keçib.
Reyting.az xəbər verir ki, bu barədə Çin mediasında məqalə dərc olunub.
Məqalədə qeyd olunur ki, Rubio sərt çıxış edən kimi Çin dərhal beynəlxalq səhnəyə zərbə vurub: “Bu, sadə çəkişmə deyil, ABŞ-nın ikili standartlarının və ikiüzlülüyünün bütün dünyaya ifşasıdır”.
Çin münaqişənin mahiyyətini anlamaq üçün yaxın tarixə nəzər salmağı təklif edir: “2020-ci ildə Çin Rubioya qarşı sərt anti-Çin ifadələrinə görə sanksiya tətbiq etdi. Sanksiyalara əsasən o, artıq Çin torpağına ayaq basa bilməz. Çinin sanksiyasına məruz qalan amerikalı siyasətçinin daha sonra dövlət katibi olması indiki sistemin ironiyasıdır. Ancaq son aylarda Rubionun Çinə münasibəti 180 dərəcə dəyişib”.
E. Kamal